Məğlubiyyətə görə Baydeni günahlandırdılar

meglubiyyete-gore-baydeni-gunahlandirdilar
Oxunma sayı: 2474

ABŞ Demokratlar Partiyasının bir sıra üzvləri prezident seçkilərində Kamala Harrisin məğlubiyyətində Co Baydeni günahlandırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən yazıb.

Belə ki, seçki kampaniyasının yüksəksəviyyəli rəsmilərindən biri Baydenin məğlubiyyətə görə məsuliyyət daşıyacağını bildirib.

Qeyd olunur ki, ABŞ Demokratlar Partiyasında bir çoxları üçün Baydenin səhvi onun seçkiqabağı vədini yerinə yetirmək və keçid dövrü prezidenti olmaqdansa, ikinci müddətə namizəd olmaq qərarıdır.