“Məğlubiyyətə layiq idik, pis oynadıq”

meglubiyyete-layiq-idik-pis-oynadiq
Oxunma sayı: 1622

“Açığı, bu cür oyun gözləmirdim. Görünür, məğlubiyyətə layiq idik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev affa.az-a açıqlamasında bildirib.

Millimizin Qazaxıstan yığmasına Astanada 0:3 hesabıyla yenildikləri yoldaşlıq görüşünü dəyərləndirən hücumçu pis oynadıqlarını etiraf edib:

“Mübarizələri uduzduq. Ancaq həvəsdən düşmək lazım deyil. Düşünürəm ki, qarşıda hər şey yaxşı olacaq. Əsas odur ki, daha çox çalışmalıyıq. Özümüzə və komandaya inanmalıyıq”.