Xəbər verdiyimiz kimi, ötən gün Portuqaliya yığması AÇ-2024-ün 1/4 final mərhələsinin ikinci oyununda Fransa yığmasına penaltilər seriyasında 5:3 hesabı ilə məğlub olaraq turnirdən uzaqlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, oyunun sonunda Portuqaliya yığmasının üzvü, 41 yaşlı Pepe gözyaşlarını saxlaya bilməyib. Onu komanda yoldaşı, ulduz futbolçu Kriştianu Ronaldu təsəlli edib.
Onu da qeyd edək ki, Ronaldu da karyerasında ilk dəfə böyük bir turniri qol vurmadan başa vurub.
Xatırladaq ki, Portuqaliya üzərində qələbə qazanan Fransa millisi AÇ-2024-ün ikinci yarımfinalçısı olub. Fransızlar yarımfinalda İspaniyaya rəqib olublar. İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da start götürəcək.