Məğlubiyyətini xanımının İtaliya millisində oynamasına bağladılar...

meglubiyyetini-xaniminin-italiya-millisinde-oynamasina-bagladilar
Oxunma sayı: 2743

Türkiyə qadın voleybol milli komandasının Paris-2024 Yay Olimpiya Oyunlarının qrup mərhələsində İtaliyaya 0:3 hesablı məğlubiyyəti müzakirə yaradıb. 

“Qafqazinfo” xəbər verir ki, buna səbəb isə “ay ulduzlular”ın baş məşqçisi Daniele Santarellinin həyat yoldaşı Monika De Cennaronun rəqib komandanın heyətində oynamasıdır. 

Sosial şəbəkə istifadəçiləri bu amilin nəticəyə təsir etdiyini bildiriblər. Həmçinin müzakirələrdə Santarellinin uduzmasının səbəblərindən biri kimi onun İtaliyanın ən güclü klublarından olan “İmoko Volley”i çalışdırmasının da rol oynadığı yer alıb. Buna görə baş məşqçini tənqid atəşinə tutulub. 

Qeyd edək ki, Monika De Cennaro və Daniele Santarelli cütlüyü 7 ildir evlidir.