Məğlubiyyətsiz çempion

meglubiyyetsiz-cempion
Oxunma sayı: 3255

Şotlandiya çempionatında 38-ci turun oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Stiven Cerrardın baş məşqçilik etdiyi "Reyncers" "Aberdeen"lə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb. Bununla da komanda mövsümü məğlubiyyətsiz başa vurub. Belə ki, "Reyncers" həmin 38 görüşdən 32-də qalib gəlib, 6-da isə heç-heçə edib.

Son dəfə Şotlandiya çempionatında mövsümün məğlubiyyətsiz başa vurulması 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt Brendan Rocersin çalışdırdığı "Seltik" 1 dəfə də uduzmayıb.

Qeyd edək ki, "Reyncers" cari mövsümün sonuna hələ 6 tur qalmış Şotlandiya çempionluğunu rəsmiləşdirmişdi.