“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, məsələ Ermənistan müdafiə naziri Seyran Ohanyanın “Erməni qartalları” ictimai təşkilatının üzvləri ilə görüşündə də gündəmə gəlib.
Təşkilat üzvləri Seyran Ohanyana bu barədə sual veriblər. Ohanyan isə Ermənistan rəhbərliyinin belə bir planının olmadığını vurğulayıb: “Meğrinin hansısa başqa ərazinin əvəzində Azərbaycana verilməsi ilə bağlı plan olmayıb və ola bilməz”.
Amma bununla yanaşı Seyran Ohanyan cəmiyyətdə yayılmış söhbətlərdən xəbərdar olduğunu da bildirib, lakin Ermənistan ordusunun buna heç bir vəchlə razı olmayacağını söyləyib: “Ermənistanın silahlı qüvvələri torpağımızın hər qarışını müdafiə edir. Belə proqram heç zaman olmayıb və ola bilməz”.
Qeyd edək ki, 1990-cı illərin əvvəlində Amerikalı siyasətçi Pol Qobl Azərbaycanla Ermənistan arasında müharibə təhlükəsini aradan qaldırmaq üçün Dağlıq Qarabağın ermənilər yaşayan 4 rayonunun əvəzinə Meğri və Qafan rayonlarının Azərbaycana verməyi təklif etmişdi. Məsələyə o vaxtı Ermənistan rəhbərliyi razılıq da vermişdi. Lakin kənar güclərin təkidi ilə ermənilər bu fikirdən daşınmışdılar.
Son xəbərlər
Son Xəbərlər