"Qafqazinfo" xəbər verir ki, iyunun 9-da “Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib ki, müalicə ala bilmədiyi, dərman qəbul edə bilmədiyi üçün Orxanın səhhətində problemlər ciddiləşib, vəziyyəti yaxşı deyil.
Orxan Eyyubzadə bu il mayın 6-da həbsdə olan bir qrup “Nida” fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb. Cəzasını Bakı polisinin Binəqədidəki məntəqəsində çəkib. Mayın 26-da o, azadlığa çıxmalı idi. Ancaq həmin gün ona xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə cinayət işi qaldırılıb. İşi Binəqədi Rayon Prokurorluğu aparır.
Mayın 27-də Binəqədi Rayon Məhkəməsi Orxan Eyyubzadə barəsində 1 aylıq həbs qətimkan tədbiri seçib.
Son xəbərlər
Son Xəbərlər