Məhbuslar həbsxanadan qaçdılar

mehbuslar-hebsxanadan-qacdilar
Oxunma sayı: 680

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “15-y reqion” yayıb.

Xəbər verilir ki, qaçan dustaqlardan üçü soyğunçuluq, biri bədənə ağır xəsarət yetirmə və bir nəfər dələduzluğa görə məhkum olunub. Həbsxanadan qaçış fevralın 25-də 20.30-da baş verib.

Yerli prokurorluq və daxili işlər orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Cənubi Osetiyanın ədliyyə naziri Tamazi Doquzov əmin olduğunu bildirib ki, həbsxanadan qaçan məhkumların tapılması yaxın zamanlarda baş tutacaq.