Mehdiabadda vurulan piyada öldü

mehdiabadda-vurulan-piyada-oldu
Oxunma sayı: 1390

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 13-də saat 7 radələrində qeydə alınıb. 

Qəsəbə sakini Namiq Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Hidayət Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.