Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. “Qafqazinfo” xəbər verir ki, bu gün ölkəmizi yarışda iki idmançı təmsil edəcək.
Kişilərin yarışında Məmmədəli Mehdiyev və qadınların yarışında isə Günel Həsənli medallar uğrunda mübarizə aparacaq.
Kişilər, 90 kq
İlk mərhələdən azad olan Məmmədəli Mehdiyev ardından müvafiq olaraq İrji Petr (Çexiya) və Remi Fuilleni (Mavritiya) məğlub edib.
Qadınlar, 70 kq
Təmsilçimiz Günel Həsənli mübarizəni erkən dayandırıb. O, ilk raunddaca avstraliyalı Aoyfe Koflana yenilib.
***
Məmmədəli Mehdiyev Türkiyəli Maykl Özərlərə qalib gələrək növbəti mərhələyə çıxıb.
Xatırladaq ki, Mehdiyev Minskdə keçirilən Avropa Oyunlarında Özərlərə uduzmuşdu
***
Məmmədəli Mehdiyev 1/4 finalda Nemanya Majdova (Serbiya) uduzaraq mübarizəni təsəlliverici görüşlərdə davam etdirəcək.
***
Məmmədəli Mehdiyev təsəlliverici görüşdə Aksel Klerqe (Fransa) ilə qarşılaşıb. Görüşü passiv keçirən Mehdiyev rəqibinə yenilərək, medalsız qalıb.
Son xəbərlər
Son Xəbərlər