“Məhəbbət əfsanəsi”nin də təqdimat tarixi dəyişdirildi

mehebbet-efsanesinin-de-teqdimat-tarixi-deyisdirildi
Oxunma sayı: 1227

Martın 13-ü, 15-i və 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Məhəbbət əfsanəsi” baletinin təqdimat tarixi dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, koronavirus xəstəliyinin qarşısının alınması üzrə görülən qabaqlayıcı tədbirlər çərçivəsində və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək baletin hazırlığına cəlb olunan Rusiya tərəfinin yaradıcı heyəti tədbirin mart ayındakı tarixinin daha gec vaxta keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Bununla əlaqədar olaraq Heydər Əliyev Sarayında keçirilməli olan “Məhəbbət əfsanəsi” baletinin 3 günlük təqdimatının tarixi dəyişdirilib. Təşkilatçılar tərəfindən baletin təqdimatının yeni tarixi barədə əlavə məlumat veriləcəkdir.

Martın 13-ü, 15-i və 16-na alınan biletlər üzrə yaranan suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət etmək olar.