Bunu AzNews.az-a əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov bildirib. Onun fikrincə, olunan təkliflər ailədə müzakirə edildikdən sonra belə bir qərar verilib:
“Bizə olunan dəstək təkliflərini ailədə müzakirə etdik. Düşündük ki, bu dəstəklərin heç birini qəbul etməyək. Çünki birini qəbul etsək, o birini etməsək, kimsə inciyəcək. Ən başlıcası isə ona görə ki, atamın heç vaxt kiminsə dəstəyinə ehtiyacı olmayıb. Belə şeylər ailəmizə yaddır. Atam özü belə şeylərə imkan verməyibsə, ailəsi əsla verməz”.
Xatırladaq ki, əməkdar artist Məhəbbət Kazımov yanvarın 27-də dünyasını dəyişib və o, Xırdalan qəbiristanlığında dəfn olunub.
Son xəbərlər
Son Xəbərlər