“Qafqazinfo”nun məlumatına görə, mayın 14-də keçiriləcək tamaşa dünya şöhrətli bəstəkarların, o cümlədən Astor Pyatsollanın musiqisi əsasında səhnələşdirilib. Tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın xalq artisti Liliya Sabitovadır. Baletmeyster böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram yaradıb. Bütün bu hadisələr alovlu və coşqun tanqo stilində təqdim ediləcək.
Son xəbərlər
Son Xəbərlər