“Qafqazinfo” report-a istinadən xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında onu Azərbaycanın yüksək rütbəli rəsmi şəxsləri qarşılayıblar.
Səfər zamanı M.C.Zərif Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Görüşlər zamanı ikitərəfli əlaqələr, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər və digər regional və dünya gündəminin aktual məsələləri müzakirə olunacaq.
Son xəbərlər
Son Xəbərlər