İyunun 4-də tənəffüs yollarındakı promlemə görə dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əlinin iki gün davam edəcək cənazə mərasimi Luisvill şəhərində artıq başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kentukki ştatından olan 74 yaşlı boksçunun dəfn mərasiminin qüsursuz şəkildə başa vurulması üçün bütün hazırlıqlar davam edir.
M. Əlinin 1960-cı ildə ilk dəfə peşəkar döyüşçü kimi çıxış etdiyi “Freedom Hall”da cənazə namazı qılınacaq. Burada təxminən 15 min müsəlmanın iştirakı gözlənilir.
Əfsanəvi boksçu üçün ikinci mərasim isə sabah “KFC Yum! Center”də keçiriləcək. Bu mərasimə digər dinlərin təmsilçiləri ilə fərqli təbəqələrdən insanlar qatılacaq.
Məhəmməd Əli “Cave Hill” qəbiristanlığında dəfn olunacaq.




Son xəbərlər
Son Xəbərlər