Məhəmməd Əlinin vəziyyəti ağırdır

mehemmed-elinin-veziyyeti-agirdir
Oxunma sayı: 2754

Xəbər verdiyimiz kimi, əfsanəvi boksçu Məhəmməd Əli ötən gün xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” CNBC telekanalına istinadən xəbər verir ki, idmançının vəziyyəti olduqca ağır qiymətləndirilir. Hətta onun dostları və qohumları Əlinin ölüm ayağında olduğunu bildiriblər.

Qeyd edək ki, 74 yaşlı Məhəmməd Əli Parkinson xəstəliyindən əziyyət çəkir.