Məhəmməd peyğəmbərə həsr olunan- - 30 milyonluq film

mehemmed-peygembere-hesr-olunan-
Oxunma sayı: 2349


“Qafqazinfo” AzadlıqRadiosuna istinadən xəbər verir ki, İranın kino tarixində ən bahalı sayılan bu filmə 30 milyon dollar xərclənib.

Film festivalın qeyri-müsabiqə hissəsində nümayiş etdirilir, çünki təşkilatılçıların qərarına görə peyğəmbərə həsr olunnmuş film müsabiqəyə çıxarıla bilməz.

Film hələ ekranlara çıxmazdan əvvəl Yaxın Şərq boyunca ziddiyyətlərə səbəb olub, beləki işıq və kölgələrlə olsa da peyğəmbəri fiziki baxımdan əsk etdirir.

Misirin əl-Əzhar Universitetindən olan sünni üləmalar filmin nümayiş etdirilməsinə mane olmağa cəhd göstərsələr də, tanınmış rejissor Məcid Məcidi tərəfindən çəkilmiş film İranın ali dini rəhbərliyinin dəstəyini qazanıb.