Məhəmməd Salah və Eden Azar rəmzi komandaya düşmədi - Foto

Məhəmməd Salah və Eden Azar rəmzi komandaya düşmədi
Oxunma sayı: 814

İngiltərə Peşəkar Futbol Assosiasiyası Premyer Liqada 2018/19 mövsümünün rəmzi komandasını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki,rəmzi komandaya aşağıdakı futbolçular düşüb:
 
Qapıçı: Ederson Moraeş (“Mançester Siti”);
 
Müdafiəçilər: Emerik Lapor (“Mançester Siti”), Trent Aleksander-Arnold, Endryu Robertson, Vircil van Deyk (hamısı “Liverpul”);
 
Yarımmüdafiəçilər: Fernandinyo, Bernardu Silva (hər ikisi “Mançester Siti”), Pol Poqba (“Mançester Yunayted”);
 
Hücumçular: Rahim Sterlinq, Serxio Aquero (hər ikisi “Mançester Siti”), Sadio Mane (“Liverpul”).

Qeyd edək ki, “Liverpul”un ulduzu Məhəmməd Salah və “Çelsi”nin ulduzu Eden Azar ən yaxşı oyunçular arasında yer almayıb.