Məhəmmədov danışdı- - "Çox üzüldüm"

mehemmedov-danisdi-
Oxunma sayı: 2201


Məhəmmədov məğlubiyyətə çox üzüldüyünü deyib: “Avropa Oyunları möhtəşəm yarışdır. Hazırlıq, təşkilatçılıq əla səviyyədədir. Doğma torpağımızda keçirildiyi üçün qələbə qazanmaq, medalçı olmaq istəyirdim. Amma alınmadı. İlk görüşümdəki rəqibim də çox güclü idi. Buna baxmayaraq onu 4 xalla qabaqlayıb qalib oldum. İkinci görüşdəki rəqibim ispaniyalı da çox güclü idi. Qarşılaşmaya yaxşı başlasam da, uduzdum. Ümumiyyətlə, bura gələn taekvandoçular içərisində zəif rəqib yoxdur. Bu məğlubiyyət məni çox üzdü. Amma qarşıdakı yarışlarda medal qazanmağa çalışacağam”.

İdmançımız bundan sonra hədəfinin 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək yarışlara qatılmaq və orda uğurlu çıxış etmək olduğunu sözlərinə əlavə edib: “Qarşıda bizim 2016-cı il olimpiadası üçün təsnifat yarışları gözləyir. Çalışacağam ki, orda uğur qazanıb Rio-de-Janeyroya gedim. Ordan da medalla qayıdacağıma ümid edirəm”.

Elsevər