Məhərrəm ayı başladı

meherrem-ayi-basladi
Oxunma sayı: 3248

Hicri təqvimi ilə Məhərrəm ayı başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Miladi təqvimi ilə sentyabrın 1-i Məhərrəm ayının ilk günüdür.

Bu ayın 10-cü günü - Aşura sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir.

Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.