Məhərrəm İncə xəstəxanaya yerləşdirildi - Foto

meherrem-ince-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 9347

Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce xəstəxanaya yerləşdirilib. 

"Qafqazinfo" xəbər verir ki, İnce bu barədə sosial media hesabında məlumat verib. 

Həmçinin oxuyun: Синан Оган посетил могилу Мубариза Ибрагимова - Фото

O, xəstəliyinin səbəbini açıqlamayıb:

 "Günümü xəstəxanada siyasətdən kənar bir gündəmlə keçirdim. Haqqımda şayiələr yayıldığını eşitmişəm. Hamısı qeyri-realdır. Zəng edib xoş arzularını çatdıran bütün dostlarıma təşəkkür edirəm", - deyə İncə vurğulayıb.

Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinə namizəd olan Məhərrəm İncə seçkilərə 3 gün qalmış namizədliyini geri çəkib.