“Məhərrəmlikdə dostlarımdan borc alıram” - Röya

meherremlikde-dostlarimdan-borc-aliram
Oxunma sayı: 4843

"Evin həm oğlu, həm qızı, həm də ulduzuyam. Hərdən heç pul çatdırmıram, borc alıram".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "X maqazin" verilişində deyib. Sənətçi ailəsinə hər zaman maddi dəstək olmasından danışıb:

"O qədər məni qınayan olacaq. Amma bilsinlər ki, o qədər böyük ailəm var ki, maddi çatdırmıram. Məhərrəmlik ayında dostlarımdan borc alıb, işlərimi görürəm. Sonra 1 ay işləyib borc qaytarıram.

Mənə deyirlər, sənə rahatdı, yaxşı yaşayırsan. Yaşayışım axı çətindir, bunun üçün bir az çabalamaq lazımdır".