Məhkəmə Ahmet Kuralın müraciətini rədd etdi

mehkeme-ahmet-kuralin-muracietini-redd-etdi
Oxunma sayı: 2086

Türkiyəli müğənni Sıla Gençoğlu ilə keçmiş həyat yoldaşı, aktyor Ahmet Kuralın məhkəmə işi yekunlaşıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sılaya qarşı “təhqir, hədə-qorxu və qəsdən yaralama” maddələri üzrə ümumilikdə 1 il 4 ay 20 gün həbs cəzası alan Kuralın apellyasiya məhkəməsinə edilən müraciəti rədd edilib.

Qeyd edək ki, aktyor “Təhdid” maddəsi üzrə 7 ay 15 gün, “Yüngül xəsarət yetirmə” maddəsi üzrə 5 ay, “Təhqir” maddəsi üzrə isə 4 ay 5 gün həbs cəzasına məhkum edilmişdi.