Məhkəmə Ahmet Kuralla bağlı qərar verdi

mehkeme-ahmet-kuralla-bagli-qerar-verdi
Oxunma sayı: 3483

Türkiyəli müğənni Sılanın keçmiş həyat yoldaşı, aktyor Ahmet Kurala 1 il 4 ay 20 gün həbs cəzası verilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, yenidən mühakimə olunan Kural Sılaya qarşı “təhqir, hədə-qorxu və qəsdən yaralama” maddələri üzrə təqsirli bilinib. Aktyor “Təhdid” maddəsi üzrə 7 ay 15 gün, “Yüngül xəsarət yetirmə” maddəsi üzrə 5 ay, “Təhqir” maddəsi üzrə isə 4 ay 5 gün həbs cəzasına məhkum edilib. Məhkəmə Ahmet Kuralın istintaq dövründəki davranışlarını nəzərə alaraq bu cəzanı 1 il nəzarətdə saxlanılma ilə əvəzləyib. Aktyor 1 il müddətində qəsdən hər hansı bir cinayət törədərsə, təxirə salınan cəzasının hamısını həbsxanada çəkəcək.

Kuralın vəkili məhkəmə qərarı ilə razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini deyib.