Yanvarın 20-də İspaniyanın Barselona şəhərində diskotekada bir qadına qarşı cinsi təcavüzdə ittiham olunan və yanvarın 20-də həbs edilən braziliyalı futbolçu Dani Alveşin sərbəst buraxılma tələbi bir daha rədd edilib.
“Qafqazinfo” xəbər verir ki, Barselona Məhkəməsi ötən həftə vəkili vasitəsilə azadlığa buraxılması üçün müraciət edən sabiq braziliyalı futbolçunun vəsatətinin rədd edildiyini açıqlayıb.
Məhkəmə daha əvvəl 3 dəfə Alveşin azadlığa buraxılması tələbini rədd edərək, növbəti müddətdə yeni vəsatətlərin olmayacağını, işə indi baxılacağını və hakimin qərarının gözləniləcəyini bildirib.
May ayından etibarən övladlarının (15 və 17 yaş) Barselonada məskunlaşdığını və sentyabrda bu şəhərdə məktəbə başlayacağını bildirən Alveş, İspaniyadan qaçma riskinin olmadığı səbəbiylə mühakimə olunana qədər sərbəst buraxılmasını istəmişdi.
Son xəbərlər
Son Xəbərlər