Məhkəmə Çili Prezidentini cərimələdi

mehkeme-cili-prezidentini-cerimeledi
Oxunma sayı: 908

Pukon şəhər məhkəməsi Çili Prezidenti Sebastian Pinyeranı 4,93 milyon Çili pesosu (6,8 min $) məbləğində cərimələyib. “Qafqazinfo” “Bio Bio” radiostansiyasına istinadən xəbər verir ki, buna səbəb ölkə başçısının ev tikintisi zamanı qanun pozuntusuna yol verməsi olub.

Maksimum cərimə alan prezident artıq onu ödəyib.  

Məhkəmə şəhər administrasiyasının evin söküntüsünə dair xahişini rədd edib. Qurum buna dair qərarın onların səlahiyyətlərinə daxil olmadığını bildirib.