Məhkəmə Corc Floydu öldürən polislə bağlı qərarını açıqladı

mehkeme-corc-floydu-olduren-polisle-bagli-qerarini-aciqladi
Oxunma sayı: 3553

Minneapolis məhkəməsi keçmiş polis Derek Şovini afroamerikalı Corc Floydun qətlində günahkar bilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Şovin hər üç cinayət maddəsi üzrə təqsirli bilinib. O, hökmü soyuqqanlılıqla dinləyib. Hazırda Şovini 40 ilədək həbs cəzası gözləyir. Cəzanı hakim təyin edəcək və hökm 2 ay sonra elan ediləcək.

Məhkəmə qərarından sonra o qandallanaraq həbsxanaya aparılıb. Buna qədər Derek Şovin girov müqabilində azadlıqda idi.

Xatırladaq ki, Derek Şovin 2020-ci ilin mayında Floydu dizi ilə boğaraq öldürüb. Floydun son sözləri “Nəfəs ala bilmirəm” olub. İnsidentdən sonra ABŞ-ın bir neçə ştatında kütləvi etiraz aksiyaları keçirilib.