İstanbulda alış-veriş mərkəzlərinin birində hicablı qadınları təhqir etməsi iddiası ilə haqqında istintaq başlayan aktrisa Dəniz Çakır barədə məhkəmə qərarı elan olunub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, “xalqı kin və düşmənçiliyə bilərəkdən təşviq etmə”, “şəxsi həyatın gizliliyinə müdaxilə etmək” maddələri üzrə təqsirləndirilən aktrisanın məhkəmə prosesi ləğv edilib.
Bəraət alan Çakır bundan əvvəl məhkəməyə ifadəsində haqqında səsləndirilən ittihamlarla razılaşmamış, onun da yaxınları arasında hicablı xanımların olduğunu bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər