Pakistan Ali Məhkəməsi ölkənin keçmiş baş naziri Nəvaz Şərifin siyasi fəaliyyətlə məşğul olmasına ömürlük qadağa qoyub.
“Qafqazinfo” xəbər verir ki, məhkəmənin qərarı bütün beş hakim tərəfindən yekdilliklə qəbul edilib.
Qeyd edək ki, 2017-ci ilin iyulunda Şərif “Panama sənədləri”nin dərc olunmasından sonra baş nazir postundan uzaqlaşdırılıb. Həmin nəşrdə eks- baş nazirin uşaqlarının offşor firmalara sahib olduğu əks olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər