Məhkəmə Eldəniz Quliyevə “stop” qoydu

mehkeme-eldeniz-quliyeve-stop-qoydu
Oxunma sayı: 1059


“Qafqazinfo” xəbər verir ki, E. Quliyevin APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində ölkəni tərk etməmək barədə qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Eldəniz Quliyev bir neçə gün əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb.   

Bundan sonra daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib. Hazırda həmin şikayət əsasında məhkəmə prosesi davam etdirilir.