Məhkəmə Əli Behişti ilə bağlı qərar verdi

mehkeme-eli-behisti-ile-bagli-qerar-verdi
Oxunma sayı: 4593

Saxlanılmış ruhani Əli Behiştinin ittihamı məlum olub.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, artıq ona ittiham elan olunub və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.