Məhkəmə Hacıyevin “Bandotdel”də saxlanılmasını qanunsuz hesab etdi

mehkeme-haciyevin-bandotdelde-saxlanilmasini-qanunsuz-hesab-etdi
Oxunma sayı: 2368

Bu gün Səbail rayon məhkəməsində həbs edilən sabiq bankir Cahangir Hacıyevin şikayətinə baxılıb.

Vəkil Aqil Layıcov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, C.Hacıyevin həbs olunduqdan sonra Baş Prokurorluğun qərarı ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 21 gün saxlanmaılmasını mübahisələndirərək məhkəmyə müraciət edib. Hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyev “Bandotdel”da 11 gün artıq saxlanılması qanunsuz hesab edərək sabiq bankirin leyhinə qərar çıxarıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmı) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilib. Murad Əhməd