“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən iclasda S.Osmanqızının nümayəndələri qatılmayıb. İddiaçı Azər Xəlilov və nümayəndəsi prosesdə iştirak edib.
Hakim Məzahir Sadıqov ittiham olunan şəxsin məhkəmədə iştirakı haqda verilən qərarın icra olunmamasını əsas gətirərək iclası təxirə salıb.
Növbəti məhkəmə iclası fevralın 9-a təyin olunub.
Qeyd edək ki, Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər