Pakistanın paytaxtı İslamabad məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həbsinə yeni order verib.
“Qafqazinfo” “Dawn” qəzetinə istinadən xəbər verir ki, İmran Xan polis əməkdaşlarına və qadın hakimə qarşı nalayiq ifadələr və təhdidlər səsləndirməkdə ittiham edilir.
Məlumata görə, keçmiş Baş nazir martın 29-na qədər saxlanılmalı və məhkəmə qarşısına çıxarılmalıdır.
Ümumilikdə İ.Xan barəsində 37 cinayət işinin başladıldığı bildirilir.
Həmçinin oxuyun: Главная цель, убить Ниджата Ленкорански - официальное заявление
Son xəbərlər
Son Xəbərlər