Məhkəmə keçmiş baş nazirin həbsinə order verdi

mehkeme-kecmis-bas-nazirin-hebsine-order-verdi
Oxunma sayı: 1210

Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri Navaz Şərifin həbsinə order verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFR agentliyi Şərifin vəkilinə istinadən məlumat yayıb. Eks baş nazir iki korrupsiya halında ittiham olunub.

Qeyd edək ki, Ali Məhkəmə üçüncü dəfə 2013-cü ildə bu posta seçilən Navaz Şərifin bu ilin iyulunda “tutduğu vəzifəyə uyğun olmadığını” təsdiqlənmiş və nazir istefaya getmişdi. 

Ona qarşı ittihamlar 2016-cı ilin yazında yayımlanan Panama sənədlərində ofşorlarının olması ilə bağlı dərc olunan məlumat olub.