Məhkəmə Koçaryanı Moskvaya buraxmadı

mehkeme-kocaryani-moskvaya-buraxmadi
Oxunma sayı: 2213

Məhkəmə Ermənistanın sabiq prezidenti, müxalif “Ermənistan” blokunun rəhbəri Robert Koçaryana ölkə xaricinə çıxmağa qadağa qoyub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla da bir həftə əvvəl Rusiyanın hakim “Vahid Rusiya” partiyası tərəfindən dəvət alan Koçaryanın Moskva səfəri də baş tutmayıb. Görüş 19 sentyabra planlaşdırılmışdı.

“Ermənistan” blokunun bəyanatına görə, məhkəmə qadağaya hər hansı səbəb göstərməyib.

“Biz “Ermənistan” blokunun siyasi fəaliyyətini məhdudlaşdırmaq üçün hökumətin məhkəməyə təzyiqinin daha bir nümunəsinin şahidi oluruq”, - deyə bəyanatda bildirilir.