Müsavat Partiyasından “Qafqazinfo” daxil olan məlumata görə, məhkəmə iddianı təmin etməyib.
Müsavat Partiyası qərardan apelyasiya şikayəti veriləcəyini, son nəticədə Avropa Məhkəməsinə müraciət olunacağını bildirib.
Qeyd edək ki, Müsavat Partiyası bu il aprelin 19-da metronun “20 Yanvar” stansiyasından keçmiş “Məhsul” stadionunadək yürüş keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bakı şəhər İcra Hakimiyyəti isə bunu məqsədəuyğun hesab etməyib və partiyaya aprelin 19-da “Məhsul” stadionunda mitinq keçirməyi təklif edib.
Müsavat Partiyası isə bununla razılaşmayaraq məhkəməyə müraciət edib.
Son xəbərlər
Son Xəbərlər