PSJ hücumçusu Neymara qarşı zorlama ittihamı ilə başladılmış məhkəmə yekunlaşıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı model Najila Trindadi oyunçunun mayda Parisdə otellərin birində ona təcavüz etdiyini iddia etmişdi. Neymar isə iddianı rədd edərək modelin məqsədinin ondan pul qoparmaq olduğunu bildirmişdi.
Məhkəmə bu gün iddianın sübutu üçün fakt yetməzliyini əsas gətirərək işə xitam verib.
Son xəbərlər
Son Xəbərlər