Məhkəmə Rauf Mirqədirovun işinə - - Qərar verdi

mehkeme-rauf-mirqedirovun-isine-
Oxunma sayı: 1554


“Qafqazinfo”nun məlumatına görə, Rauf Mirqədirovun vəkili Fuad Ağayev “Media forum” saytına bildirib ki, qərarı əldə edəndən sonra apellyasiya şikayəti verəcək.

Aprelin 19-da Rauf Mirqədirov yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur.

Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb.