Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, magistralın Salyandan keçən hissəsində Masallı rayon sakini, Araz Məcidovun idarə etdiyi "KamAZ"la digər yük maşını toqquşub. Nəticədə A.Məcidovun sərnişini, Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Kiçibəyov Rahid Elibəyi oğlu hadisə yerində ölüb. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həmçinin oxuyun: Установлены личности арестованных по делу об убийстве Беяза Джаббарова
Qəzada vəfat edən R.Kiçibəyov Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyovun qardaşı oğludur. O, biznes fəaliyyəti ilə məşğul olurmuş və yük maşınında bir neçə ton un olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Nizam Rza

Son xəbərlər
Son Xəbərlər