Məhkəmə sevgilisini döyən aktyorun tələbini rədd etdi

mehkeme-sevgilisini-doyen-aktyorun-telebini-redd-etdi
Oxunma sayı: 2463

Türkiyənin məşhur aktyoru Ozan Güven sevgilisi Deniz Bulutsuza şiddət göstərməsi iddiası ilə verilən iki aylıq uzaqlaşdırma qərarına etiraz edib. 

“Qafqazinfo” xəbər verir ki, aktyor vəkili vasitəsilə məhkəməyə müraciət edərək qərarın qüvvədən düşməsini tələb edib. 

O, eyni zamanda özünün də şiddətə məruz qaldığını bildirərək fotolarını İstanbul Məhkəməsinə göndərib. 

Lakin hakim sənətçinin etirazını qəbul etməyib, verilən qərarın qanuna uyğun olaraq verildiyini bildirib.