Məhkəmə təxirə salındı

mehkeme-texire-salindi
Oxunma sayı: 1004

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV” sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçali Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Aqşin Hüseynovun vəkili Nüşabə Ağayevanın məhkəmədə iştirak etmədiyi bildirilib. Bu səbəbdən iclas aprelin 13-də davam etdiriləcək. 
 
Murad Əhməd