Məhkəmə xərclərini ödəmək üçün 10 milyonluq təyyarəsini satdı

mehkeme-xerclerini-odemek-ucun-10-milyonluq-teyyaresini-satdi
Oxunma sayı: 3563

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp məhkəmə xərclərini ödəmək üçün şəxsi “Cessna Citation X” təyyarəsini satıb.

“Qafqazinfo” “The New York Post” qəzetinə istinadən xəbər verir ki, 500 milyon dollardan çox məhkəmə cəriməsi olan Trampın təyyarəsinin dəyəri 10 milyon dollardır, onun alıcısı isə İranəsilli tikinti maqnatı və Trampın əsas donoru Mehrdad Moayedidir.

Məlumata görə, Tramp 2016-cı ildə seçki kampaniyası zamanı təyyarədən fəal şəkildə istifadə edib.

Qeyd edək ki, D.Tramp maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham olunur. Müstəntiqlərin fikrincə, ABŞ-nin keçmiş prezidentinin vəkili Maykl Koen 2000-ci illərdə Trampla intim münasibəti barədə mətbuata danışmaqdan imtina etmək üçün keçmiş porno aktrisası Stormi Danielsə pul verib. Bundan əvvəl isə məlum olmuşdu ki, Tramp davam edən mülki məhkəmə çəkişmələri səbəbindən sərvətinin 15 %-nə qədərini itirə bilər.