Məhkəmə zalında həbs edildi

mehkeme-zalinda-hebs-edildi
Oxunma sayı: 758

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Elgün Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. E.Quliyev barəsində olan polisin nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. E.Quliyev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, E.Quliyev 2016-cı ilin noyabr ayında Qaradağ rayonu, Sahil qəsəbəsində bir neçə evdən külli miqdarda qızıl və nağd pul oğurlayıb.

Murad Əhməd