Məhkəmə zalında həbs olundu - “Polisə işə düzəldəcəyəm” deyirdi

mehkeme-zalinda-hebs-olundu
Oxunma sayı: 774

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehparə Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə M.Kazımova 7 il müddətinə azadlıqdan məhrum edilib və istintaq zamanı ev dustaqlığında olduğu üçün barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, M.Kazımova Bakı vətəndaşı Bahar adlı şəxsin qardaşını polisə düzəldəcəyini deyərək ondan 38 min manat pul alaraq mənimsəyib.

Murad Əhməd