Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən Emil Nəbiyev, Əli Rüstəmov və Teymur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Qafqazinfo"un verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə hər üç şəxsə şərti cəza verilib. E.Nəbiyevlə Ə.Rüstəmov məhkəmə zalından azadlığa buraxılıb. T.Hüseynov isə istintaq dövründə də azadlıqda olub.
Təqsirləndirilən şəxslər dəyən ziyanı tam ödəyiblər.
Qeyd edək ki, hər üç şəxs Sədərək Ticarət Mərkəzində yerləşən mağazada elektrik mallarının satışı ilə məşğul olub. Onlar 4 vətəndaşa qarşı ümumilikdə 70 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəyiblər.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər