Məhkəmədə dava düşdü

mehkemede-dava-dusdu
Oxunma sayı: 634

Müsavat Gənclər Təşkilatından Səxavət Soltanlı bildirir ki, toplaşmış insanlar arasında həbs edilənlər də var: “2 aprel aksiyası iştirakçılarının məhkəməsi idi. 10:30-da başlamalı idi. Nəsimi Polis İdarəsinin rəhbərliyi tərəfindən məhkəmə qarşısına gələn insanlara zor tətbiq olundu. Müsavat Gənclər Təşkilatının şura üzvü Ramil Abdullayev, Elnur Məcidlinin atası Arzuman Məcidli polis mayoru tərəfindən döyülərək polis bölməsinə aparıldı. Eləcə də adını bilmədiyimiz bir neçə nəfəri polis bölməsinə apardılaq. Elnur Məcidlinin və Əhəd Məmmədlinin yaxın qohumları – qadınlara zor tətbiq olunaraq məhkəmə qarşısından uzaqlaşdırıldı. Hazırda övladı həbs edilən insanlardan biri üçün təcili tibbi yardım gəlib. Deyirlər ki, məhkəmənin qapalı keçirilməsini istəyirlər. Bu gün hazırlıq iclasının yekun qərarı oxunmalıdır. Ona görə də qapalı keçirilməsində maraqlıdırlar”.