Misirin Baş prokuroru ölkənin eks-prezidenti Məhəmməd Mursinin ölüm səbəbini araşdırılması ilə bağlı göstəriş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda qurumun bəyanatında bildirilib.
“Baş prokuror Nabil Sadek göstəriş verib ki, Baş Prokurorluğun, elecə də Dövlət Təhlükəsizliyi Prokurorluğunun əməkdaşlarından ibarət briqada vəfat edən Məhəmməd Mursinin cəsədinə baxış keçirsin”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Misirin sabiq prezidenti Məhəmməd Mursi əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında dünyasını dəyişib. Məlumat üçün bildirərk ki, M. Mursi ölkə rəhbərliyindən 2013-cü ildə kənarlaşdırılmışdı.
Son xəbərlər
Son Xəbərlər