Şahzadə Harri Böyük Britaniyada olduğu müddətdə ölkənin Daxili İşlər Nazirliyi onun şəxsi ödəmə etməsinə baxmayaraq polis mühafizəsi ilə təmin olunmasına icazə verməyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şahzadənin Daxili İşlər Nazirliyinin həmin qərarına qanuni etiraz etmək cəhdinə icazə verilməyib.
Şahzadə qərarın məhkəmə yolu ilə yoxlanılması tələbini qəbul etmədiyini bildirib.
Qeyd edək ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ildə vəzifələrindən istefa verərək ABŞ-da məskunlaşdıqdan sonra Böyük Britaniyada kral ailəsi üzvlərinə verilən polis müdafiəsindən məhrum ediliblər.
Həmçinin oxuyun: Пусть ваш новый дом будет от Yelo Bank