Acun Medya və TV8-in rəhbəri Acun Ilıcalı uzun illər məhkəməlik olduğu məşhur aparıcı Zuhal Topalı öz kanalına transfer edir.
“Qafqazinfo” xəbər verir ki, o, üç mövsümdür Fox TV-də çalışan Zuhal Topalla razılıq əldə edib. Belə ki, aparıcı Acunla müqavilə bağlayaraq yeni sezondan TV 8 ekranlarında görünəcək.
Qeyd edək ki, A. Ilıcalı bir müddət əvvəl FOX-da yayımlanan “Sofrada Zuhal Topal ilə” proqramının TV 8-də yayımlanan “Yemekdeyiz” verilişindən oğurlandığını iddia edərək məhkəməyə üz tutmuşdu. O, həmin formatda olan layihənin lisenziyasının ona məxsus olduğunu bildirərək qarşı tərəfdən maddi və mənəvi təzminat tələb etmişdi.
Son xəbərlər
Son Xəbərlər